Yaponiyada dəhşətli zəlzələ oldu - Video

yaponiyada-dehsetli-zelzele-oldu-video
Oxunma sayı: 741

“Qafqazinfo”nun məlumatına görə, ölkənin bir çox hissəsində hiss edilən zəlzələ episentrindən yüzlərlə kilometr uzaqlıqda yerləşən paytaxt Tokioda təkanlar bir neçə dəqiqə hiss olunub. Ötən ilki zəlzələdə də çoxlu sayda insan itkisinin müşahidə olunduğu Minamisanrikuda yaşayanların evlərini tərk edərək yüksək bölgələrə köçmələri bildirilib. Zəlzələdə 9 nəfərin yaralandığı, insan ölümü ilə bağlı isə məlumatın olmadığı deyilir.

Yaponiya Meteoroloji Qurumu zəlzələdən sonra sunami təhlükəsinin olduğunu açıqlasa da sonradan sunami ilə bağlı xəbərdarlığını geri götürüb.