Yaponiyada “düşən ulduz” görüntüləndi - Video

yaponiyada-dusen-ulduz-goruntulendi
Oxunma sayı: 5507

Yaponiya səmasında şənbə günündən bazar gününə keçən gecə parlaq “düşən ulduz” (bolid) görüntülənib. “Qafqazinfo” bildirir ki, bu barədə “NHK” telekanalı xəbər verib.

Ardınca quyruqvari iz buraxan bolid bir neçə saniyə Yerə doğru hərəkət edib, sonra səmada partlayıb.

Hadisənin çoxsaylı videoyazıları böyük marağa səbəb olub.