Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi
Oxunma sayı: 1370

Yaponiya hökuməti koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkədə tətbiq etdiyi fövqəladə vəziyyət rejimini ləğv edib. “Qafqazinfo” “Kyodo”ya istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Sindze Abe açıqlayıb.

Müvafiq qərara əsasən, fövqəladə vəziyyət rejimi Yaponiyanın beş prefekturasında (Tokio, Saytama, Tiba, Kanaqava) ləğv olunub. Daha əvvəl o, 47 prefekturadan 42-sində ləğv olunmuşdu.

Yaponiya hökuməti məhdudlaşdırıcı tədbirləri getdikcə zəiflətməyi, həmçinin xəstəliyin yenidən yayılmasına qarşı hazırlıq çərçivəsində ölkənin tibb sisteminin maliyyələşdirilməsinin büdcəsini artırmağı planlaşdırır.

Bununla yanaşı, Yaponiyanın Baş Naziri yeni yoluxma hallarının artması tempinin yenidən artacağı təqdirdə, fövqəladə vəziyyət rejiminin yenidən elan edilməsinin mümkünlüyünü istisna etməyib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi