Yaponiyada fövqəladə vəziyyət uzadıldı

yaponiyada-fovqelade-veziyyet-uzadildi
Oxunma sayı: 1227

Yaponiyada koronavirus səbəbindən tətbiq olunan fövqəladə vəziyyət uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yoşihide Suqa açıqlama verib. Qeyd edib ki, yoluxma sayı kifayət qədər azalmadığı üçün belə bir qərar verilib.

Ölkənin 4 əsas əyaləti olan Tokio, Osaka, Kyoto və Hioqoda fövqəladə vəziyyət  daha 20 gün uzadılaraq mayın 31-dək qüvvədə qalacaq.

Fövqəladə vəziyyətin çərşənbə günündən etibarən Ayti və Fukuoka əyalətlərinə də şamil ediləcəyi bildirilib.