Yaponiyada güclü yağışlar, 52 nəfər öldü

yaponiyada-guclu-yagislar-52-nefer-oldu
Oxunma sayı: 1216

Yaponiyanın cənub-qərbində güclü yağışlar nəticəsində 52 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yağıntılar zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. 12 nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, ölənlərdən 51 nəfəri Kyusyu adasının Kumamoto prefekturasının, 1-i isə Fukuoka prefekturasının sakinidir.

Şənbə günündən başlayan yağıntılar nəticəsində Kyusyu adasında təxminən 7 min insan işıqsız qalıb. Fəlakət bölgəsinə xilasedicilər və 10 min hərbi qulluqçu göndərilib.

Yaponiyanın Baş Meteoroloji İdarəsi intensiv yağışlara görə üç prefekturanın təhlükə altında olduğunu açıqlayıb.