Yaponiyada güclü zəlzələ - Ölən və yaralananlar var

yaponiyada-guclu-zelzele
Oxunma sayı: 2906

Yaponiyanın Osaka şəhərində zəlzələ baş verib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, Rixter şkalası üzrə 6,1 bal gücündə olan zəlzələdə 3 nəfər dünyasını dəyişib, 40-dək yaralı var. Ölənlərin arasında 9 yaşlı qız uşağının da olduğu bildirilir. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Su şəbəkələrində ciddi fəsadlar meydana gəlib.