Yaponiyanın Honşu adasının şimali-şərq sahillərində 6,6 maqnitudalı zəlzələ olub.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Yeraltı təkanların episentri Miyaqi prefekturasının yanında, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Güclü yeraltı təkanlar Fukusima, İbaraki, İvate, Tokio, Saytamu, Tibu da daxil olmaqla, ölkənin bir sıra şimali-şərq və şərq prefekturalarında hiss olunub.
Son xəbərlər
Son Xəbərlər