Yaponiyada güclü zəlzələ baş verdi

yaponiyada-guclu-zelzele-bas-verdi
Oxunma sayı: 2125

Yaponiyanın Hokkaydo adasında 6,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan yerin 33,4 km dərinliyində qeydə alınıb.

Yaponiya baş naziri zəlzələ nəticəsində meydana gələn fəsadların aradan qaldırılması və zəlzələdən əziyyət çəkənlərə dəstək göstərilməsi üçün tapşırıq verib.

Hələlik dağıntıların miqyası və itkilər barədə məlumat verilməyib.

Qeyd edək ki, Yaponiyada bir neçə gündür Cebi tayfunu da hökm sürür. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 300-dən çox insan isə xəsarət alıb.