Yaponiyada güclü zəlzələ oldu

yaponiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 3331

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) rəsmi saytında məlumat yayıb.

Yeraltı təkanlar Nisinoomote şəhərindən 54 kilometr şimal-şərqdə qeydə alınıb. Bu şəhərdə təxminən 14 min insan yaşayır.

Məlumata görə, mənbə 26 kilometr dərinlikdə yerləşib.