Yaponiyada erkən başlayan istilər günvurmadan əziyyət çəkənlərin sayında kəskin artımla müşahidə olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 25-dən iyulun 1-nə kimi 3473 nəfər xəstəxanaya yerləşdirilib. Üç nəfər istilərdən ölüb. Zərərçəkənlərin 50 faizindən çoxu yaşı 65-dən yuxarı olan insanlardır.
Qeyd edək ki, ötən həftə sonu, iyunun 29-da paytaxt Tokionun yerləşdiyi Kanto rayonunda güclü yağışlar sezonu başa çatıb. Adətən iyulun 22-də bitən yağış sezonunun erkən başa çatması ölkədə isti yay havasının daha bir ay davam edəcəyindən xəbər verir.
Son xəbərlər
Son Xəbərlər