Yaponiyada istilərə görə 15 657 nəfər xəstəxanaya müraciət etdi

yaponiyada-istilere-gore-15-657-nefer-xestexanaya-muraciet-etdi
Oxunma sayı: 1067

Yaponiyada iyun ayında isti havalara görə 15 657 nəfər xəstəxanaya müraciət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yaponiyanın Yanğın və Təbii Fəlakət İdarəsi açıqlama yayıb.

Açıqlamada, keçən ay müşahidə edilən istilərin 17 nəfərin ölümünə səbəb olduğu bildirilib. 

Paytaxt Tokioda keçən həftə temperatur 36,4 dərəcəyə çatıb. Ayın son həftələrində 147 ilin ən yüksək temeraturu yaşandığı qeyd edilib.

Qeyd edək ki, 2011-ci ildə ölkədə həddindən artıq istilər səbəbindən 6 min 980 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər dünyasını dəyişib.