Yaponiyanın Fukusima prefekturasında yerləşən İvaki şəhərində kimyəvi zavodda partlayış olub.
Bu barədə “Qafqazinfo” NHK telekanalına istinadən xəbər verir.
Onun məlumatına görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.
Partlayışdan sonra müəssisədə yanğın başlayıb. İnsident yerinə yanğınsöndürənlər və polis gəlib.
Zavod “Sakai Chemical Industry” şirkətinə məxsusdur. Orada kosmetika sənayesi üçün sink tozu istehsal edilir.
Son xəbərlər
Son Xəbərlər