Yaponiyada kruiz gəmisi batır

yaponiyada-kruiz-gemisi-batir
Oxunma sayı: 2834

Yaponiyanın şimalında Hokkaydo adasının sahillərində “KAZU 1” kruiz gəmisi batır.  

Bu barədə “Qafqazinfo” NHK telekanalına istinadən xəbər verir.

Gəminin göyərtəsində 26 nəfərin olduğu bildirilir. Onlardan ikisi uşaqdır.

Ekipaj və sərnişinlər xilasedici jiletlər geyinib və aidiyyəti qurumdan kömək gözləyirlər.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.