Yaponiyada növbəti zəlzələ

yaponiyada-novbeti-zelzele
Oxunma sayı: 1584

Yaponiyanın şimali-şərqində 4,7 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib.

Zəlzələnin episentri Fukusima prefekturasından şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, fevralın 13-də Fukusima prefekturasından şimali-şərqdə 7,3 maqnitudalı zəlzələ baş vermişdi. Nəticədə 160-dan çox insan xəsarət almışdı.