Yaponiyada ölü sayı 10-a çatdı - 1 milyon insan işıqsız qalıb

yaponiyada-olu-sayi-10-a-catdi
Oxunma sayı: 1681

Yaponiyada ötən gündən başlayan “Cebi” qasırğasından ölənlərin sayı azı ona çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı artıq 100-ü keçib, lakin dəqiq say açıqlanmır. 

Qasırğa bir sıra elektrik stansiyalarında nasazlıqlara səbəb olub. Təxminən 1,2 milyon insan elektriksiz qalıb. 

Qeyd edək ki, “Cebi” son 25 ilin ən güclü qasırğası hesab edilir.