Yaponiyada ölü sayı 140-a çatıb

yaponiyada-olu-sayi-140-a-catib
Oxunma sayı: 991

Yaponiyada davam edən leysan yağışlarına görə tələf olanların sayı durmadan artır.

“Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, ölü sayı artıq 140-a çatıb, 80 nəfər isə itkin düşüb. Məlumata görə, insan itkisi ən çox Xirosimo prefekturasında qeydə alınıb. Bildirilir ki, təbii fəlakətin fəsadlarını aradan qaldırmağa, xilasetmə işlərinə 75 min nəfər cəlb edilib.

Hökumət ölü sayının artacağını istisna etmir.

Aysel Kərimova