Yaponiyada qasırğa-1 ölü, 20 nəfər yaralı

yaponiyada-qasirga-1-olu-20-nefer-yarali
Oxunma sayı: 719


“Qafqazinfo” xəbər verir ki, APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şiddətli külək elektrik xətlərini sıradan çıxarıb, 4 min ev işıqsız qalıb.

Ümumilikdə, 140 tikiliyə ziyan dəyib. Qasırğa Yaponiyanın nəqliyyat sistemini də iflic edib. Hava limanlarında 500-dən çox aviareys ləğv olunub. Dəmiryol nəqliyyatı fasilələrlə işləyir.

Yaponiyanın meteoroloji idarəsi dağlıq ərazilərdə torpaq sürüşmələri və daşqınlar barədə əhalini xəbərdarlıq edərək, insanları ehtiyac olmadan küçəyə çıxmamağa çağırıb.