Yaponiyanın cənub-qərbində yağan yağış sellə nəticələnib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür Saga əyalətinin Takeo şəhərindəki leysan dağıntılara və ölümə səbəb olub.
Belə ki, hadisə zamanı sel 3 nəfəri aparıb. Onların cansız bədəni tapılaraq ailəsinə təhvil verilib. Həmçinin yüzlərlə ev, maşın su altında qalıb, Saga qatar stansiyasına ciddi ziyan dəyib. Ushizu və Matsuura çayları daşıb .
Bundan əlavə, torpaq sürüşməsi ilə bağlı 847 min şəhər sakini təxliyyə edilib.





Son xəbərlər
Son Xəbərlər