Yaponiyada sərnişin gəmisi koronavirusa görə karantinə alındı

yaponiyada-sernisin-gemisi-koronavirusa-gore-karantine-alindi
Oxunma sayı: 1070

Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Yokohama limanında sərnişin gəmisi koronavirus səbəbilə karantinə götürülüb.

“Qafqazinfo”nun məlumatına görə, 2500 sərnişin və min heyət üzvündən ibarət gəmi Honkonqdan olan sərnişinlərdən birində virus aşkarlandığına görə karantinə alınıb.

Gəmidə olan bütün şəxslər növbə ilə tibbi müayinələrdən keçib. Analiz nəticələri gün ərzində açıqlanacaq.