Yaponiyada Şinzo Abenin dəfn mərasimi keçirilir - Fotolar + Video

yaponiyada-sinzo-abenin-defn-merasimi-kecirilir
Oxunma sayı: 2624

Yaponiyada ölkənin keçmiş Baş naziri Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, mərasim Tokioda “Budokan” idman-konsert kompleksində keçirilir. 

Dörd mindən çox insan siyasətçi ilə vidalaşmağa gəlib. Onlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi və digər xarici siyasətçilər də var.

Abenin həyat yoldaşı Akie Abe sabiq Baş nazirin küllərini özü ilə mərasim keçirilən zala gətirib. 

Xatırladaq ki, Şinzo Abe iyulun 8-i Nara şəhərində çıxışı zamanı güllələnib. İyulun 12-si Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abenin cəsədi kremasiya olunub (yandırılıb).

***

Dəfn mərasimi Tokioda kütləvi etiraz aksiyası fonunda keçirilir.

Yüzlərlə insan küçəyə çıxaraq ölkə rəhbərliyinin mərasimə dövlət statusunun verilməsinə öz etirazlarını bildirir.