Yaponiyada son 25 ilin ən şiddətli tayfunu - Fotolar

yaponiyada-son-25-ilin-en-siddetli-tayfunu
Oxunma sayı: 3021

Cebi tayfunu Yaponiyada ciddi fəsadlara səbəb olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 300-dən çox insan isə xəsarət alıb.

Sel suları küçələri basıb, körpülər dağılıb, yüzlərlə avtomobil yararsız hala düşüb.

Təhlükəli bölgələrdən 2 milyonadәk sakin evakuasiya edilib.

Külәyin sürəti saatda 200 kilometrə çatır. Osaka şəhərində 1,6 milyon ev elektriksiz qalıb. Bu tayfunun son 25 ilin ən güclüsü olduğu bildirilir.