Yaponiyada tayfun fəlakəti

yaponiyada-tayfun-felaketi
Oxunma sayı: 942

Yaponiyanın Cənubi-qərbi “Nanmadol” adlı tayfunun təsiri altındadır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sürəti saatda 144 kilometrə çatan tayfun torpaq sürüşməsi və güclü selə səbəb olub.

İnsanların küçədə yeriməsinin belə çətinləşdiyi təbii fəlakət nəticəsində bir çox evə və iş yerlərinə ziyan dəyib.

Tayfunun güclənəcəyi barədə xalqa xəbərdarlıq edilib.