Yaponiyada tayfun xəbərdarlığı

Yaponiyada tayfun xəbərdarlığı
Oxunma sayı: 485

Sakit okeanda ortaya çıxan və gücünü artıraraq yoluna davam edən “Çantu” tayfunu Yaponiyaya normadan dəfələrlə artıq yağış gətirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi xəbərdarlıq edib.

Yapon dənizinə, şərqə doğru yönələcəyi proqnozlaşdırılan tayfun güclü küləyə səbəb olacaq.

Qeyri- sabit hava şəraiti Kyuşu, Sikoku və ölkənin qərb bölgələrinə təsir edəcək.