Yaponiyada tayfunla bağlı xəbərdarlıq

yaponiyada-tayfunla-bagli-xeberdarliq
Oxunma sayı: 1161

Yaponiyanın qərbində yaşayan 290 mindən çox sakinə təxliyyə olunmaları ilə bağlı xəbərdarlıq edilib.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, buna səbəb regionda qüvvədə olan “Lupit” tayfunudur. 

Qeyd olunur ki, tayfun daşqın və torpaq sürüşməsinə səbəb ola bilər. 

Həmçinin bildirilir ki, qərbi prefekturalarda bir neçə çayda suyun səviyyəsi yolverilən qaydalardan yüksəkdir. 

Bununla yanaşı, ölkənin aviaşirkətləri tayfun səbəbindən cənub-qərb istiqamətində 63 reysi ləğv ediblər. 

Qeyd edək ki, hazırda “Lupit” tayfunu Yaponiyanın qərb hissəsindən şimal-şərqə doğru hərəkət edir. Sözügedən bu təbii fəlakət leysan yağışlarına və güclü küləyə səbəb olub.