Yaponiyada təbii fəlakət qurbanlarının sayı 81 oldu

yaponiyada-tebii-felaket-qurbanlarinin-sayi-81-oldu
Oxunma sayı: 1356

Yaponiyada yağan güclü yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfər olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlarla insanın taleyindən xəbər yoxdur. 2 milyonadək əhalinin evakuasiyasına başlanılıb.

Qeyd edək ki, təbii fəlakətdən ən çox Kurasiki şəhəri əziyyət çəkib. 48 mindən çox xilasedici hadisə yerində çalışır.