Yaponiyada torpaq sürüşdü, əhali təxliyyə olunur

yaponiyada-torpaq-surusdu-ehali-texliyye-olunur
Oxunma sayı: 1072

Yaponiyada torpaq sürüşməsi nəticəsində 120 nəfərdən çox sakin iflic vəziyyətdə qalıb.

“Qafqazinfo” “NHK” telekanalına istinadən xəbər verir ki, hadisə leysan səbəbindən Fukui prefekturasında baş verib.

Torpaq sürüşməsi Otani və Takasu adlı dağlıq ərazilərdə yolları dağıdıb. Ümumilikdə 61 məişət təsərrüfatı və 121 nəfər iflic vəziyyətdə qalıb.

Leysan yağışları Fukui şəhərində yolların su altında qalmasına səbəb olub. Bəzi yerlərdə suyun səviyyəsi 10 santimetr təşkil edir. Yerli hakimiyyət orqanları bu gün 16 bölgədən təqribən 64 min nəfərin təxliyyə olunması ilə bağlı göstəriş verib.

Bununla yanaşı, Yaponiyanın Meteoroloji Agentliyi Fukuidə 24 saat ərzində 150 mm-ə qədər yağıntıların olacağını proqnozlaşdırır. Agentliyin məlumatına görə, qonşu Toyama və İsikava prefekturalarında 100 mm-ə qədər yağıntıların olacağı gözlənilir.