Yaponiyanın Qumma prefekturasında xilasedici vertolyot qəzaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun qalıqları dağ yamacında aşkar edilib.
Göyərtəsində 9 nəfər olub. Hazırda onlardan səkkizi tapılıb, lakin vəziyyətləri ilə bağlı məlumat verilmir.
Ekipaj təlim uçuşu həyata keçirib və havadan Qumma ilə Naqano prefekturaları arasındakı dağ cığırlarının vəziyyətini müşahidə etməli idi.
Son xəbərlər
Son Xəbərlər