Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada Sakuracima vulkanında püskürmə baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi vulkanın püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini açıqlayıb.
Partlayışdan sonra ölən və yaralananın olmadığı, ətrafdakı binalarda dağıntı aşkar edilmədiyi bildirilib.
Kaqosima Meteorologiya İdarəsi də açıqlamasında vulkanik aktivlik xəbərdarlığı səviyyəsinin 3-cü səviyyədə saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, Sakuracima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri onun kraterinə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir.
Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzi daxilində ayrıca bir ada olub, lakin 1914-cü ildə böyük vulkan püskürməsindən sonra lava şərq sahil xəttini doldurduqda Osumi yarımadası ilə birləşib. Partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər