Yaponiyada leysan yağışlarının səbəb olduğu sel və daşqınlardan ölənlərin sayı 35-ə çatıb. Dörd nəfər ağır vəziyyətdədir. 47 nəfər isə itkin düşmüş hesab edilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Yaponiya hökuməti özünümüdafiə qüvvələri, polis və yanğından mühafizə xidməti əməkdaşlarından ibarət 48 nəfərin zərərçəkənləri xilasetmə əməliyyatına qoşulduğunu açıqlamışdı.
Ölkənin baş naziri Sindzo Abe leysandan zərər çəkən rayonlardakı situasiyanı “son dərəcə ciddi” adlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər