Yaponiyada koronavirusa yoluxma sayı pandemiya başlayandan bəri ilk dəfə 100 min həddini aşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkadan 90 nəfər COVID-19-dan dünyasını dəyişib.
Ən çox yoluxma sayı isə paytaxt Tokioda (20,6 min nəfər) qeydə alınıb.
Beləliklə pandemiya başlayandan bəri Yaponiyada koronavirusa yoluxanların sayı ümumilikdə 3 milyon nəfəri ötüb.
Son xəbərlər
Son Xəbərlər