Yaponiyada zəlzələ - 5,5 bal

yaponiyada-zelzele
Oxunma sayı: 1129

Yaponiyanın cənubunda Rixter şkalası üzrə 5,5 bal gücündə zəlzələ baş verib.

”Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Sakit Okeanda yerləşib. Təbii fəlakətin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi yoxdur.