Yaponiyada zəlzələ - 3 ölü, 200 yaralı + Yenilənib

yaponiyada-zelzele
Oxunma sayı: 1448

Aprelin 14-də Yaponiyanın cənub-qərbində yerləşən Kyusyu adasında 6.4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin Kumamoto şəhərində yerləşən episentrində yeraltı təkanların gücü 7 ballıq Yaponiya şkalası üzrə 7 bal təşkil edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Kumamoto şəhərindəki xəstəxanalara zəlzələ nəticəsində xəsarət alan 50 sakin müraciət edib.

Qeyd edək ki, ölkədə sunami xəbərdarlığı elan olunmayıb.

***

Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb. 200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.