Yaponiyada zəlzələ baş verdi

yaponiyada-zelzele-bas-verdi
Oxunma sayı: 1834

Aomori prefekturasının Yapon dənizi sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələ şənbə günü yerli vaxtla 2:47 (Bakı vaxtı ilə cümə günü saat 21:47) qeydə alınıb. Bildirilib ki, yeraltı təkanların ocağı 70 kilometr dərinlikdə yerləşib.

Hələ ki, sunami təhlükəsi barədə məlumat verilməyib.