Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı - Yenilənib

yaponiyada-zelzele-neticesinde-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 7240

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində iki gündür ki, ardıcıl yeraltı təkanlar baş verir. Bu zəlzələlər nəticəsində 24 nəfər həyatını itirib.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, dünən Noto yarımadasında və qərbdəki İsikava sahillərində 5-7 bal gücündə bir neçə zəlzələ baş verib.

Belə ki, Yaponiyanın qərbində son 2 saat ərzində 5-7,6 bal gücündə daha 9 zəlzələ baş verib.

Açıqlamada həmçinin gecə ərzində bölgədə 4-5 bal gücündə bir neçə yeni zəlzələnin baş verdiyi bildirilib.

Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, 14 nəfərin müxtəlif nöqtələrdə dağıntılar altında xilas olunmağı gözlədiyi müəyyən edilib.

***

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ qurbanlarının sayı 30-a çatıb. Dağıntılar altında sağ qalanların axtarışları davam edir.

***

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 48-ə çatıb.