Yaponiyada zəlzələ oldu

yaponiyada-zelzele-oldu
Oxunma sayı: 1001

Yaponiyanın paytaxtı Tokiodan 580 kilometr məsafədə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, zəlzələnin balı Rixter şkalası üzrə 5,7 olub. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ ocağı 54 kilometr dərinlikdə yerləşir. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Sunami gözlənilmir.