Yaponiyada zəlzələ olub

yaponiyada-zelzele-olub
Oxunma sayı: 965


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Yaponiya Mərkəzi Meteorologiya Xidmətinin yaydığı məlumata əsasən, sunami təhlükəsi elan olunmayıb.

Yerli vaxtla saat 16:24 dəqiqədə baş vermiş zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yaxınlıqda yerləşən 12 prefekturada, o cümlədən Fukuşima, İbaraki, Niiqata, Saytama prefekturalarında və Tokio rayonunda yeraltı təkanlar 5 bal gücündə hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.