Yaponiyanın Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələdə iki nəfər ölüb, xəsarət alanların sayı 110-a çatıb. Otuz doqquz nəfər itkin düşmüş hesab edilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, adada elektrik enerjisinin verilişində də problemlər yaranıb. Təbii fəlakət nəticəsində dörd elektrik stansiyasının fəaliyyəti dayanıb. Üç min ev işıqsız qalıb. Xilasetmə əməliyyatlarına təxminən 20 min insan, 50 vertolyot cəlb edilib.
Hokkaydo qubernatoru Rusiyaya planlaşdırılan səfərini təxirə salmalı olub.
Qeyd edək ki, bu həftə Yaponiyada baş verən “Cebi” qasırğasına görə 11 nəfər ölüb, 600-dan çox insan yaralanıb.
Son xəbərlər
Son Xəbərlər