Yaponiyadakı zəlzələdə xəsarət alanlar və itkin düşənlər var - Yenilənib

yaponiyadaki-zelzelede-xesaret-alanlar-ve-itkin-dusenler-var
Oxunma sayı: 1321

Yaponiyada Hokkaydo adasında baş vermiş zəlzələdə xəsarət alanların sayı açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə sitinadən xəbər verir ki, 6,7 bal gücündə baş vermiş zəlzələdə 87 nəfər xəsarət alıb, 20 nəfərin taleyindən isə xəbər yoxdur. Tomakomay şəhərində bir nəfərin vəziyyəti isə ağırdır.

Elektrik enerjisinin kəsilməsi nəticəsində 3 milyondan çox ev işıqsız qalıb. 

*** 

06:27 

Məlumata görə, Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 110 nəfər çatıb.