Yaponiyanın baş naziri özünü ələ verdi

yaponiyanin-bas-naziri-ozunu-ele-verdi
Oxunma sayı: 630

Yaponiya parlamentində siqaretlə mübarizə mövzusunda çıxış edən Komei Partiyasının təmsilçisi Matsu Akira "baş nazirimiz gündə 2 qutu siqaret çəkir. O, tərgidə bilərmi" sualı ilə nazirə üzünü tutub. Baş nazir Noda Yoşihiko cavabı ilə özünü pis vəziyyətdə qoyub. Baş nazir "mən də az yaşlarımdan siqaretdən istifadə edirəm, çətin ki özümlə bacara biləm və tərgidəm" deməsi məclisdə narahatçılığa səbəb olub. Nazir bu fikri ilə siqareti təbliğ etdiyini başa düşərək sözlərinə düzəliş edib. Siqaret haqqında qanunu xatırladan nazir "demək istəyirdim ki, 20 yaşımdan siqaret çəkməyə başlamışam" deyib.

Raminə