Yaponiya hökuməti koronavirusun ölkə daxilində yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimini bütün bölgələrdə tətbiq etmək qərarına gəlib.
“Qafqazinfo” Yaponiyanın “NHK” informasiya agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə fövqəladə vəziyyət rejimi ekspert rəylərinin cəlb edilməsi ilə məsləhət şurası ilə müzakirə olunduqdan sonra elan ediləcək. Qərarın bu gün elan olunacağı gözlənilir.
Xatırladaq ki, ötən həftə Tokio, Osaka və digər 5 prefekturada fövqəladə vəziyyət elan edilmişdi.
Yaponiyada 8,626 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 178 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər