Xəbər verdiyimiz kimi, Yaponiyanın “SLİM” kosmik gəmisi Aya eniş edib. Lakin onun batareyası 2 saat 40 dəqiqədən sonra tükənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb nəqliyyat vasitəsinə quraşdırılmış günəş panellərinin günəş istiqamətinə baxmamasıdır. Bu da onun enerji istehsal edə bilməsinə mane olur və kosmik gəminin batareyası dolmur.
JAXA hazırda “SLİM” üçün mümkün variantları sınaqdan keçirir.
Son xəbərlər
Son Xəbərlər