Yaponiyanın şərqindəki Tiba prefekturasının hakim dairələri quş qripinin yayıldığı yerli fermada 350 minə yaxın toyuğu məhv edəcək.
Bu barədə “Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, bu, ötən ilin payızından prefekturada aşkarlanmış onuncu infeksiya ocağıdır.
Fevralın 8-də “Kyodo” agentliyi prefektura ərazisində yeni infeksiya ocağının aşkarlanması səbəbindən 250 minə yaxın toyuğun məhv edilməsi barədə xəbər vermişdi.
Yanvarın 19-da Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bildirmişdi ki, 2020-ci ilin noyabrından 15 prefekturanın 36 quşçuluq fermasında quş qripi aşkarlanıb. Bu, ölkə tarixində ən böyük göstərici olub. Bununla əlaqədar olaraq, yerli hakim dairələr epidemik tədbirlər çərçivəsində 6,3 milyondan çox toyuğu məhv edib.
Son xəbərlər
Son Xəbərlər