Türkiyəli aktyor Yusuf Atala saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilib ki, o, "Pulsuz tətil qazandınız" vədi ilə insanları aldatmaqda ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Y. Atalanın dəstə üzvləri ilə birlikdə nəzarətə götürüldüyü açıqlanıb.
Qeyd edək ki, aktyor "Yaprak dökümü" serialındakı rolundan sonra daha çox tanınıb.