Yaqub Eyyubov Mqer Qriqoryanla qeyri-rəsmi söhbət apardı - Foto

Yaqub Eyyubov Mqer Qriqoryanla qeyri-rəsmi söhbət apardı
Oxunma sayı: 6320

Bu gün Moskvada Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Yaqub Eyyubovla Mqer Qriqoryan qeyri-rəsmi söhbət aparıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mqer Qriqoryanın ofisi yayıb.

Məlumata görə, tərəflər arasında söhbət MDB İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

Bildirilir ki, söhbət bir neçə dəqiqə davam edib və mövzu Ermənistan-Azərbaycan sərhədində yaşanan son gərginlik olub.

Foto: APA