Yaqub Mahmudov mükafata layiq görüldü

yaqub-mahmudov-mukafata-layiq-goruldu
Oxunma sayı: 1109



“Qafqazinfo”nun AMEA-nın saytına istinadən məlumatına görə, bu, Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda baş verib. Yaqub Mahmudov “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülüb. “Kraliça Viktoriya” beynəlxalq mükafatı professor Yaqub Mahmudova milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunub. Bu mükafat elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.

Qeyd olunub ki, bundan əvvəl 2012-ci ildə AMEA Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna, institutun direktoru Yaqub Mahmudov böyük elmi nailiyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna layiq görülüb.