“Qafqazinfo” xəbər verir ki, T. Yaqublunun qızı Nigar Yaqublunun sözlərinə görə, bu gün neyroccərah Cəmil İsrafilov M.Yaqublunu müayinə edib: “Cəmil həkim bildirdi ki, bu gün əməliyyata ehtiyac yoxdur, xəstə özünə gəlsin, bir neçə gündən sonra əməliyyat olunar. Həkim bildirdi ki, anamın boynunda beşinci, altıncı fəqərə sınıb”.
N. Yaqublu atası ilə bu gün telefonla danışdığını da dedi: “Az öncə atamla da danışdıq. Çox narahatdır ”.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov isə bildirdi ki, M. Yaqublu yanvarın 25 də əməliyat olunacaq: “Xəstənin vəziyyəti stabildir. Həftənin 6-cı günü əməliyyat olunacaq. Əməliyyatdan sonra Maya xanımın durumunun necə olacağı proqnozunu indidən demək olmaz. Boyun nahiyəsi ciddi nahiyədir, ona görə də əməliyyat öncəsi heç nə deyə bilmərik”.
Qeyd edək ki, hazırda Şəki rayon məhkəməsində mühakimə olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar. Belə ki, Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı ərazisində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xaliq Bağırov yüngül xəsarət alıblar.
Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan xəstəxanaya yerləşdiriliblər.
Hər iki xəstənin müalicəsinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında başlanılıb. Musavat.com
Son xəbərlər
Son Xəbərlər