“Yaradıcılıq zirvəsini fəth edək!” müsabiqəsinin bağlanış mərasimi keçirildi - Foto

yaradiciliq-zirvesini-feth-edek-musabiqesinin-baglanis-merasimi-kecirildi
Oxunma sayı: 1065

İyunun 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin qala konserti və bağlanış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qala konsertdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 150 nəfər fəal yeniyetmə və gənc iştirak ediblər.

İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd edib ki, müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. 

Sonra qala konsertdə müxtəlif nominasiyalar üzrə qalib gələn gənclər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar. 

Qeyd edək ki, müsabiqədə “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Tibb Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, 178 saylı tam orta məktəbin, 93 saylı tam orta məktəbin, Məktəb-Lisey Kompleksin, 291 saylı “Ekologiya” liseyin, 73 saylı tam orta məktəbin, 34 saylı tam orta məktəbin, 7 saylı peşə liseyin şagirdləri iştirak ediblər.

Sonda təşkilatçılar tərəfindən “Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin təşkilində yaxından köməklik göstərdiyinə görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova və Nəbi Quliyev fəxri fərmanlarla təltif olunublar.