Yaralanan 11 fəhlədən 4-ünün adı məlum oldu

yaralanan-11-fehleden-4-unun-adi-melum-oldu
Oxunma sayı: 641

Quba rayonunda “QAZel” markalı avtomaşının aşması nəticəsində ağır yaralanan dörd nəfərin adı məlum olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtomaşında yaralanan 11 fəhlə Dəlləkli kəndindəki bağlardan birindən gilas yığmağa gedirlərmiş.

Yaralılar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 7-si ilkin müayinədən sonra evə buraxılıb. Rayonun Bağbanlı kənd sakinləri Piriyeva Rahilə Yusif qızı, Qocayeva Faizə Nizam qızı, Zərdabi qəsəbəsinin sakini Paşayeva Seylan Telman qızı və Qusar rayonunun Cağar-palasa kənd sakini Balahmədova Larisa Soltanqulu qızının xəsarətləri isə ciddi olduğundan stasionar müalicəyə cəlb olunublar. Onlardan ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.