Yaralı hərbçilərin tibbi-sosial ekspertizası ilə bağlı açıqlama

yarali-herbcilerin-tibbi-sosial-ekspertizasi-ile-bagli-aciqlama
Oxunma sayı: 1460

“Ötən il əlilliyi olan 11 344 şəxs, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1 648 şəxs protez-ortopedik bərpa xidməti ilə təmin olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransında bildirib. 

O qeyd edib ki, ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsi verilib. Agentlik sədri postmüharibə dövründə də qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını qeyd edib. 

Agentlik sədri əlilliyin qiymətləndirilməsi sahəsində ötən il aparılan işləri diqqətə çatdırıb: “Əlillik təyinatları elektron sistem üzərindən şəffaf şəkildə aparılır. Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi işləri davam edəcək”.

C. Əbdul-Qədirov ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda  xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasından da bəhs edib. Nazirlər Kabinetinin Qərarı əsasında  yaradılmış komissiya tərəfindən bu sahədə operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə işlər aparıldığını diqqətə çatdırıb.

Gülnar Əliyeva