Yaralılar özəl təyyarə ilə Ankaraya aparıldı - Fotolar

yaralilar-ozel-teyyare-ile-ankaraya-aparildi
Oxunma sayı: 3077

Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı yaralanan 52 nəfər Adanadan Ankaraya aparılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yaralılar Türkiyənin Prezident Administrasiyasına məxsus özəl “TUR” adlı təyyarə ilə paytaxta çatdırılıb. 

Təyyarədə aralarında uşaq və yaşlıların da olduğu yaralılara ilkin tibbi yardım göstərilib. Ankarada isə yaralılar Bilkent və Etlik şəhər xəstəxanalarına yerləşdiriliblər.